Şeirlər

İslam Səfərli. Ana dili

Dilim, –
su kimi büllur,
bal kimi şirindir


Elim –
Vətən adlı
ilk sevgilimdir.


Mən elimin
ürəyimdən bir səs keçir:
-əqidəmdə doğruyam!…


Dilim,-
dillər tacı olsun deyirəm.
Öz dilini sevməyənlər,
lal olub, yerə girsin,
bir kəlmə söz möhtacı olsun, deyirəm.


El mənim,
Mən də elin.
Qəlbimdəki hər telin,
Səsi sazımda gülür.


Dilim,-
bir dağ çeşmesidir,
ürəyimdən dodağıma süzülür…
O çeşmənin gözünü
Gözüm qədər sevirəm…


Onun hər damlasını,
özüm qədər sevirəm,
Çınqıllı daşlarını,
bir mirvari sanıb mən.
Kaş boynuma düzəydim,
can Vətən!…


Mən qürurumu
Qürurlara
qürur saya bilmərəm.


Körpə bir uşaq
Beşikdən baş qaldırıb
“Ana” – desə,
Onu bağrıma basıb gülərəm,
Çünki o, öz dilimdir,
Ana dilim.


Pərvaz et hər yana,dilim!
mən qəlbi
qəlbimdə döyünənləri,
Mənim kimi
öz millətiylə öyünənləri,
Dilimi sevənləri sevirəm.

Hər kim nə deyir-desin,
elimi sevənləri sevirəm.


O el,-
anadan adsız doğulub,
ada-şöhrətə çatdığım,
ilk şeirimi yaratdığım,
Azərbaycan torpağıdır!


O dil,-
Şərqin
Mən bir nəğməli dodağıdır.


Dodaq dedim.-
O, ürək tərcümandır.
ürəksizsə nvğmə olmaz.


Dilim,-
Nərgiz gülü kimidir.
Boranı da düşse solmaz.
Çünki bu dil,
Baharistan torpağımda,
atmış rişə.


Bu dil,-
O vaxt məhv olar ki,
Dünya qopa, Güneş düş.
Yoxsa heç bir saxta qürur,
qüruruma düşməz yaxın.
Nəğmə deyin axın-axın!..


Bu nəğmələr
ürəklərə axıb dolsun.
Bizim könül nəğməmizsə,
“Azərbaycan himni” olsun!…