Şeirlər

Samuil Marşak. “Göy qurşağı”

Tərcüməçi İsa İsmayılzadə

 

 

Göy üzündə çaxdı şimşək,
Tez gözünü yum görək!
 
Asta-asta yağış yağır,
Üzə gülür göy qurşağı.
 
Uşaqlar, tez olun,
Çıxın, çıxın həyətə!
Uşaqlar, düzülün!
Şehli otlar içində
Ayaqyalın qaçarıq,
Qaçarıq,
Tullanarıq,
Göy üzünə uçarıq.
 
Uşaqlar tez olun,
Göy qurşağı üstündə
Düzülün!
Əl çalm, əl çalın!
Göy qurşağı rəngbərəng
Çiçək kimi açılıb.
Göy qurşağı
Boyunca
Gedək üzü aşağı,
Göy üzünü dolaşaq.
Göy qurşağı üstündən
Yerə mayallaq aşaq.