Təbiət

Dünyanın ikinci ən böyük Nil timsahı

Nil timsahı - Afrikada olan üç timsah növündən biridir. Dünyanın ikinci ən böyük timsahı hesab edilir. Uzunluğu təxminən beş metrdir. Hətta bu günə qədər 6,1 metr uzunluğunda da bu növ timsah qeydə alınıb. Erkək timsahlar 500, bəzən isə 900 kiloqram ağırlığa qədər çata bilirlər. Dişilər isə erkəklərdən təxminən 30 faizə qədər kiçikdir. Bəzi yerli sakinlər həmin timsah növlərinin yeddi metr uzunluğunda və bir ton ağırlığında olduğunu söyləyirlər.

Nil timsahlarının ağızlarını  bir iplə bağlı saxlamaq mümkündür. Çünki ağzını açmasına yardımçı olan hissələr çox zəifdir. Lakin ağzını sürətlə bağlaya bilir və insana çox güclü zərbə endirməyə qadirdir.

Nil timsahları soyuqqanlı heyvanlardır.

Səhər vaxtı günəşin altında enerji toplayırlar. Lakin gec-tez suya girməlidirlər, çünki vücudları isinərək onları öldürə bilər.