Xəbərlər

17 yanvar- Uşaq İxtirası Günüdür

17 yanvar - Uşaq İxtiraları Günü kimi tarixə düşür. Uşaq İxtiraları Günü, dünyaya meydan oxuyan və müşkül məsələlərin böyüklərdən daha yaxşı həllini tapmağı bacaran bütün uşaqları bir araya gətirən gündür. 

 

Bu tarix məşhur amerikalı siyasətçi Benjamin Franklinin doğum günü tarixi ilə eyni təyin edilib. 1718-ci ildə 12 yaşlı Benjamin balıq üzgəclərini xatırladan iki qəribə əşya ilə çimərlikdə peyda olur. Ətrafdakıların iztehzalı gülüşlərinə baxmayaraq Benjamin o gün hamıdan daha sürətli üzürdü. Beləliklə üzgüçülük üçün ilk lazımi predmet yaranmış olur. Franklin 15 yaşında olarkən isə dünyaya növbəti bir yenilik – yellənən kürsünü bəxş edib. Bununla da, onun doğum tarixi Uşaq ixtiraları günü olaraq təyin edilib.

 

Gənc ixtiraçıların istedadına həsr olunmuş bu gün uşaqlara, onların fikirlərinə, yaradıcılığına daha çox diqqət ayırmağa sövq edir. Çünki bəzi hadisələr göstərir ki, onların arasında nəhəng istedadlar yetişə bilər.