Görkəmli şəxsiyyətlər

Dünyaca məşhur Yapon animatoru: Hayao Miyazaki

Yaponiyadan olan bu yaşlı animatorun adını ən azı cizgi filmləri ilə maraqlanan hər kəs eşidib. Hayao Miyazaki - dünyaca məşhur yapon animatoru, prodüseri, ssenari müəllifi, yazıçısı və manqa rəssamıdır. O, film və animasiya studiyası “Studio Ghibli”nin həmtəsisçisidir. Miyazaki usta hekayəçi və anime bədii filmləri yaradan rejissor kimi beynəlxalq bəyənmə qazanıb və hazırda ən böyük animasiya rejissorlarından biri olaraq qəbul edilir.


Miyazaki "Ruhlarla sovrulanlar" (ing. Spirited Away) animasiya filminə görə Oscar mükafatçısıdır. Venesiya Film Festivalında dünya kinosuna verdiyi töhfəyə görə isə «Qızıl Aslan» mükafatı ilə mükafatlandırılıb.


Miyazakinin bəzi əsərləri Saburo Akitsu və ya Terekomu təxəllüsü ilə buraxılıb.


Tokionun Bunkyo şəhərində anadan olan Miyazaki, erkən yaşlarında animasiya və manqaya marağını ifadə edərək, 1963-cü ildə Toei Animeyşn şirkətinə qatılıb. Şirkətdə ilk illəri əsnasında rəssamlarla birgə çalışmış və sonralar rejissor İsao Takahata ilə əməkdaşlıq etmişdir. Miyazakinin şirkətdə işlədiyi zamanlar çəkilmiş görkəmli filmlərə "İtlər martı" (ing. Doggie March) və "Qulliverin ayın kənarında səyahəti" (ing. Gulliver's Travels Beyond the Moon) daxildir.

O, 1971-ci ildə Shin-Ei Animation şirkətinə keçməzdən əvvəl, Toei Animeyşnda "Çəkməli pişik" (ing. Puss in Boots) və "Heyvan xəzinəsi adası" (ing. Animal Treasure Island) filmlərinə, daha sonra isə Takahata ilə birgə "Üçüncü Lupin: Birinci hissə" (ing. Lupin the Third Part I) filminə quruluş vermişdir. 1973-cü ildə Miyazaki Zuiyo Eizo (Daha sonralar Nippon Animeyşn adı ilə tanınmışdır) şirkətinə qatılmış, burada "Dünya şahəsər teatrı" (ing. World Masterpiece Theater) filminin animasiyaçısı olmuş, "Kanon - gələcək oğlan" (ing. Future Boy Canon) televiziya serialına rejissorluq etmişdir. 1979-cu ildə Miyazaki Telekom Animeyşn Film/Tokyo Muvi Şinşa şirkətinə qatılmışdır və elə həmin ildə ilk bədii filmi olan "Kaqliostro qalası" (ing. The Castle of Cagliostro) filminə, 1984-cü ildə "Küləklər vadisindən Navsikaya" (ing. Nausicaä of the Valley of the Wind) filminə, eləcə də "Şerlok Hond" (ing. Sherlock Hound) televiziya serialına rəhbərlik etmişdir.


Miyazaki 1985-ci ildə Studio Gibli şirkətini təsis etdi. Onun bu şirkətdə quruluş verdiyi çoxsaylı filmlərə, 1986-cı ildə "Səma qəsri Laputa" (ing. Castle in the Sky), 1988-cı ildə "Mənim qonşum Totoro" (ing. My Neighbor Totoro), 1989-cu ildə "Kikinin çatdırma xidməti" (ing. Kiki's Delivery Service), 1992-ci ildə "Porko Rosso" filmləri daxildir. Filmlər Yaponiyada kommersiv və tənqidi müvəffəqiyyətlərlə qarşılandı.

Miyazakinin "Şahzadə Mononoke" (ing. Princess Mononoke) filmi ilk animasiya filmi olaraq Yaponiya Akademiyası İlin Filmi Mükafatını qazandı və 1997-ci ildə buraxıldıqdan sonra Yaponiyada ən yüksək gəlirli film oldu. Filmin Qərb dünyasında nümayiş etdirilməsi Studio Ghiblin şirkətinin nüfuzunu artırdı və Yaponiyanın xaricində təsiri oldu. Onun 2001-ci il istehsalı "Ruhlarla sovrulanlar" (ing. Spirited Away) cizgi-filmi Yaponiya film tarixində ən yüksək gəlirli filmə çevrilərək 75-ci Akademiya mükafatlarının Ən yaxşı anime filmi nominasiyasında Oskar mükafatını qazandı və son onillik ərzində ən yüksək film hesab edildi. Miyazakinin digər filmləri də - "Haulun yeriyən qəsri" (ing. Howl's Mowing Castle), "Ponyo" (ing. Ponyo) və "Rüzgarlar yüksəlir" (ing. The Wind Rises) kommersiv və tənqidi müvəffəqiyyətlər qazandı. "Rüzgarlar yüksəlir" filminin nümayiş etdirilməsindən sonra Miyazaki bədii filmlərdə öz istefasını bildirdi, buna baxmayaraq, o, bu işə dönərək 2016-cı ildə yeni bədii film üzərində işləməyə başladı.


Miyazakinin yaradıcılığında bəşəriyyətin təbiət və texnologiya ilə əlaqəsi, təbii və ənənəvi naxışların vəhdəti, incəsənətin və sənətkarlığın əhəmiyyəti, zorakı dünyada pasifist etikanın saxlanılması çətinliyi mövzularının təkrarlanması xarakterizə olunur. Onun filmlərində baş qəhrəmanlar çox vaxt güclü qızlar və ya gənc qadınlar olur və bir neçə filmlərində isə antoqonistlər şübhəli xarakterlərlə təmsil olunur.
Miyazakinin əsərləri yüksək səviyyədə qiymətləndirilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür.


2012-ci ilin noyabrında o, mədəni töhfələrinə görə Mədəniyyət adamı fəxri adına uyğun görülmüş, 2014-cü ilin noyabrında isə animasiya və film sahəsində təsirinə görə Fəxri Akademiya Mükafatına layiq görülmüşdür. 2002-ci ildə Amerikalı kino tənqidçisi Rocer Ebert, Hayaonun filmlərinin dərinliyini və sənətkarlığını yüksək qiymətləndirərək, Miyazakinin tarixdə ən yaxşı animasiya film istehsalçısı ola biləcəyini bildirmişdi.


Miyazaki 1965-ci ilin oktyabrında gənc animasiyaçı Akemi Ota ilə ailə həyatı qurmuşdur. Cütlüyün iki oğlu var. Məşhur animatorun böyük oğlu Goro Miyazaki (1967) də animator olaraq fəaliyyət göstərir, kiçik oğlu Keisuke isə odunçudur.