Bu maraqlıdır!

Okean canlısı- Velella velella

Okean sularının səthində üzən Velella-velella kosmopolit dəniz canlısıdır və Velella cinsinin yeganə növüdür. 7 sm böyüklüyündə olan canlının özünəməxsus xoş forması vardır. Mavi rəng çalarları ilə göz oxşayan Velella-velella bütün incəlikləri ilə şüşədən hazırlanmış bəzək əşyasına bənzəyir. 

 

Bu canlılar planktonlarla qidalanırlar. Onların üzərində bəzəkli yelkənə bənzər  hissə var. Bu yelkənin funksiyası küləyi tutub saxlamaqdır. Velella-velellanın törəmə və həzm orqanları altdakı geniş mavi hissədə olur. Bu hissələrdə havanı süzən yapışqanlı orqanlar var. Velella-velella planktonları bu yapışqanlı hissə və yandırıcı kapsullarla tutur.

 

Onlar okeanın səthində tək canlı kimi deyil, mikroorqanizm qrupu kimi yaşayırlar. Bu canlılar dəniz sularının səthində sərbəst üzürlər. Koloniya şəklində olmaları onların birlikdə qidalanmalarını və törəmələrini təmin edir.