Bu maraqlıdır!

Böyük Qokko quşu

Kraks rubra -  Qokko ailəsinin ən böyük nümayəndəsidir. Belə ki, erkək fərdin çəkisi 7-8 kq, bədən uzunluğu isə 80 sm-dir. Mərkəzi Amerikanın tropik yağış meşələrində və Cənubi Amerikanın şimal-qərbində (Meksikadan qərbi Kolumbiya və Ekvadora kimi) yayılıb.

 

Erkək fərd əsasən qara lələklərlə örtülüdür. Quşun özəlliyi ondan ibarətdir ki, dimdiyinin üstündə sarı rəngdə şara bənzər çıxıntı və başında irəli əyilmiş uzun lələkləri var.

 

Dişi fərdlər erkəyə nisbətən bir qədər kiçikdir və rəngləri çox dəyişikdir. Çox vaxt tünd və qırmızı qokkolara rast gəlinir, bəzən zolaqlı və naxışlı dişilərə də rast gəlmək mümkündür.

 

Qokko quşları vaxtlarının əksər hissəsini ağacların başında keçirirlər, hətta yuvaları belə 6-30 metr hündürlükdədir. Bu quşlar yarpaqlar, çiçəklər, meyvələr və həşəratlarla qidalanırlar.

 

Təəssüf ki, bu iri quşlar ovçuların sevimli ovu sayılır və nəticədə bir çox yerdə böyük qokkoların sayı azalıb.

 

Böyük Qokko quşları adətən cüt gəzirlər. Dişi yarpaqlarla örtülmüş, budaqlardan düzəldilmiş boş bir yuvaya 2 yumurta qoyur. 

 

Bu quş dünyanın bir çox zooparkında saxlanılır və artırılır.

 

24 il yaşayırlar.