Nəbi Xəzri. Xalamın maşını
Bir dəfə avtobusa
Mindirdi xalam məni
Sevindim gəzə-gəzə,
Yol mənə gəldi qısa.
Qaytardı evimizə
O maşın axşam məni
Oynayıram, gülürəm,
Küçədə işıq yanır.
Keçir qəşəng maşınlar,
İndi elə bilirəm-
Nə qədər avtobus var
Xalamın maşınıdır.
15.09.2020