Şeirlər

Simax Şeyda. İynə

-Nə axtarırsan,

Nənə, ay nənə?

Bu saat tapıb

Qaytarım sənə.

-İynəm düşübdür

Əlimdən, qızım.

Onu gəzirəm

İndi mən, qızım.

-Eh, bir iynəni

Tapmağa nə var!

Mənim gözümdən

Şeymi yayınar?..

Axtardı xeyli

İynəni Ceyran,

Tapa bilməyib,

Utandı yaman.