Ələmdar Quluzadə. Azərbaycan dili
Anaların laylası
Bizim ana dilimiz,
Anamız tək sevirik
Dil açanda onu biz.
Min illərdir yaranıb,
Hər kəlməsi bir çiçək
Zəngindir yurdum kimi,
Qədimdir tarixim tək.
O şirin avazıdır
Kəpəzin də, Milin də,
Ürəyim də danışır
Azərbaycan dilində.
22.09.2020