Təbiət

Takka çiçəyi

Takka, 90-120 sm hündürlükdə böyüyən həmişəyaşıl tropik bir bitkidir. Ən təəccüblü və heyrətləndirici çiçəklərdən biridir. Malayziyada Takkanı “şeytan çiçəyi” və ya “yarasa çiçəyi” adlandırırlar, hətta bitkiylə bağlı çoxlu əfsanələr və dəhşətli hekayələr belə var.

 

Takkanın vətəni Cənub-Şərqi Asiya ölkələri: Hindistan və Malayziya sayılır.


Takka çiçəkləri - qəhvəyi, demək olar ki, qara rəngdədir, yarasanın və ya kəpənəyin qanadlarını xatırladır.  Pişik bığlarına oxşayan uzun lifli bənövşəyi antenalarla örtülüdür. Yarpaqları hamar və yaşıldır, uzunluğu - 45 sm-dir.


Takka nadir bir bitki olduğuna görə daha çox gül kolleksionerləri tərəfindən çox sevilir. 


Tay təbabətində takka çiçəkləri və kökü tibbi vasitə kimi istifadə olunur. Tropik ölkələrdəki bitkilərin yumruları çox miqdarda nişasta ehtiva etdiyi üçün şirniyyat hazırlamaq üçün istifadə olunur. Lakin bu kök yumrularının düzgün işlənməsini təmin etmək lazımdır: onların tərkibində xüsusi bir zəhərli maddə - tokkalin də vardır


Təbiətdə takkalar əsasən dəniz sahillərində və tropik dağ meşələrində bitir, nəmli atmosferə və humusun zəngin olan torpağa üstünlük verir. Lakin, savannalarda bitən növü belə var. Bu bitkilərdə yerüstü hissə quru fəsildə solur, ancaq yağışların başlamasıyla sürətlə böyüyür.

 

Avropada bu bitkilər ekzotikdir, konservatoriyalarda və istixanalarda böyüdülür.