Şeirlər
Nigar Rəfibəyli. Ana, mənə mahnı oxu
Elman Həbib. Küləyin kələyi
İbrahim Yusifoğlu. Qarışqalar
Aləmzər Əlizadə. Oynamıram uşaqlar
Kuklamı günün altda
Qoyub getmişdim bağa.
Uşaqlarla birlikdə
“Gizlən-qaç” oynamağa.
İndi gəlib görürəm
Onun qızdırması var.
Kuklam xəstələnibdir,
Oynamıram, uşaqlar.