Nağıllar, hekayələr

Fransız nağılı. Tülkü və Xoruz

Bir dəfə kənddəki insanlar səs-küy salıb qışqırdılar: “Ay camaat!  Baxın, baxın, tülkü xoruzu aparır! Bu Jan Lartingin xoruzudur! "

 

- Tülkü, - tülkünün ağzında tutduğu xoruz dedi, - sən də onlara cavab ver ki: "Səhv edirsiz! Bu Kanaliyanın xoruzudur. Sizə nə dəxli var?"

 

Təzəcə qəzəbli tülkü ağzını açmışdı ki, xoruz ağzından çıxaraq yenidən sahibinin yanına uçdu.

 

- Eh! - tülkü dedi, bu qədər rüsvay olunduğumdan dəhşətli dərəcədə xəcalət çəkirəm, - quyruqsuz qalsam daha yaxşı olardı!

 

Elə bu anda kəndlilərdən biri balta ilə tülküyə güclü bir zərbə endirdi və tamamilə dibinə kimi tülkünün quyruğunu kəsdi.

 

- Bura nə yerdi belə! - deyə tülkü bacardığı qədər qaçaraq qışqırdı.

 

- Burda zarafat da başa düşmürlər.