Təbiət

Kisəli siçovul Tafa

Tafa və ya böyük kisəli siçovul, Dasyuridae ailəsinə aid, adi siçovul ölçüsündə, ətyeyən kisəli siçovul  növüdür. Heyvanın fərqli bir xüsusiyyəti - quyruğunun gövdəsində ipək qara saçların olmasıdır. Bu növün erkək fərdləri uzun ömür sürmürlər, yaşı bir ilə qədərdir, belə ki cütləşmədən həmən sonra ölürlər.


Kisəli Tafa ilk dəfə 1793-cü ildə F. Mayer tərəfindən təsvir edilib, Corc Şou isə 1800-cü ildə heyvanın yenidən işlənmiş təsvirini yayımlayıb. Bir müddət bu növ Didelphis cinsinin bir üzvü olan "opossum" sayılıb, lakin 1844-cü ildə Konrad Temmink onları ayrı bir Phascogale cinsinə ayırdı. Bu növ Qırmızı quyruqlu Phascogale (Ph. Calura) ilə sıx əlaqəlidir. Elmi adı "tapoatafa", yerli avstraliyalılar tərəfindən verilib. Böyük kisəli siçovul bəzən fırçaya bənzəyən quyruğuna görə Phascogale penicillata olaraq da bilinir.


İki alt növü var: tapoatafa - Cənubi Avstraliyada; pirata isə  Şimali Avstraliyada rast gəlinir.


Böyük kisəli siçovul geniş yayılmışdır, Tasmaniya istisna olmaqla, bütün Avstraliyada rast gəlinir. Yaşayış yerlərinin məhv olması və adi tülkü və vəhşi pişiklərin yeminə çevrilmələri nəticəsində, Tafa siçovullarının əvvəlki yaşayış areallarının təxminən yarısından çoxu azalmışdır. 


Böyük kisəli siçovul, Nəsli kəsilməkdə olan Növlərin Qoruma Qanununa 1995-ci ildə həssas bir növ kimi qeyd edilmişdir.


Tafa siçovulu gecələr fəaldır və ağac ovçusudur. Kiçik məməlilər, quşlar, kərtənkələ və böcəkləri, xüsusən də hörümçəkləri yeyir. Çiçəkli ağacların çiçəklərindən nektar da içə bilir. 

 

Cütləşmə iyun ayından avqusta qədər davam edir. Böyük kisəli siçovulların bütün erkəkləri praktik olaraq bir yaşına çatmadan ölürlər. Dişi fərdlər içi boş çuxurlarda yuva düzəldirlər. Bir yuvada 5 aya qədər yuvada qalan 7-8  körpə tafa böyüyür.