Görkəmli şəxsiyyətlər

Enn Hoqart

Tanınmış kukla oyuncusu Enn Hoqart 1910-cu ildə İngiltərənin Surrey şəhərinin Frenşam kəndində, müəllim Vilyam Cekson və Oliviya Hallun dördüncü övladı olaraq anadan olub. Anası iki yaşında ikən vəfat edib.

 


Məktəbdə oxuyarkən Enn xalq qarşısında çıxış bacarığını ortaya qoyan tamaşalara qatıldı. Nitq bacarıqlarını nümayiş edərək  bir neçə dəfə mükafat qazandı və məhz bu bacarığına görə həvəslənərək aktrisa olmağa qərar verdi. Hoqart Kral Dramatik Sənətlər Akademiyasına aktyorluq təhsili almağa başlamazdan əvvəl katib kimi təhsil aldı. Bunun sayəsində sonradan Londondakı Kukla Teatrında rejissor köməkçisi, prodüser şöbəsinin müdiri vəzifəsinə qəbul edildi. Enn orada gələcək həyat yoldaşı və prodüser kimi xidmət edən həmkarı İan Busselllə tanış oldu. Onlar birlikdə 1932-ci ildə şəxsi “Hoqartın oyuncaqları” kukla teatrını yaratdılar. Teatrın repertuarının əsasını uşaq tamaşaları təşkil etdi, lakin böyüklər üçün də tamaşalar var nümayiş olunurdu, məsələn “Okassen və Nikoletta” romanına əsaslanan tamaşa və s. 1933-cü ildə İan Bussel və Enn Hoqart evləndilər. Növbəti 50 il ərzində cütlük İngiltərədə və Asiya, Avropa, Şimali Amerika və hətta Avstraliya da daxil olmaqla xaricdə çıxışlar etdi.


Teatr nümayişləri ilə yanaşı, Hoqart televiziyalarda kuklalar ilə çıxışlar da nümayiş edirdi. Eşşək Mafinin televiziya debütü 1946-cı ildə BBC kanalında "Uşaqlar üçün" ilk uşaq televiziya şousunun efirində nümayiş olundu. Televiziya şousu Enn tərəfindən yazılmışdır. Şouda aktrisa Annette Mills də yer aldı. Mills, kukla eşşək- Mafinin üstündə rəqs etdiyi pianonu çalıb, mahnı oxuyurdu.


Tezliklə efirdə eşşək Maffinlə yanaşı başqa  personajlar görünməyə başladı: suiti Selli, quzu Luiza, pinqvin Pereqrin, dəvəquşu Osvald və s. Proqram inanılmaz dərəcədə populyar oldu. 1955-ci ildə Millsin ölümündən sonra Maffin və dostları iki il daha efirdə göründü; bu səfər İan Bussellin nümayişində.


1950-ci illərin əvvəllərində Enn Hoqart, Maffinlə bağlı hekayələri işləyərək bir hisəsini "Qırmızı Maffinin Kitabı" kolleksiyasında nəşr etdi. Sonrakı nəşrlər yeni hekayələrlə birincisi ilə birlikdə bütöv bir ədəbi seriya meydana gətirdi. Sonra bütün kitablar "Maffin və onun şən dostları" ümumi başlığı altında təkrar nəşr olundu. Bəzi kitablar Annette Millsin qızı Molli Bleyk tərəfindən təsvir edilmişdir.


Ömürlərini kuklalara həsr etmiş Bussellər təqaüdə çıxaraq turlarını dayandırdılar. Tur zamanı alınan kuklalar və hədiyyələr, 1980-ci ildə Kukla Mərkəzi Fondu tərəfindən əldə edilmiş “Hoqart Kollekşn” adlı beynəlxalq sərginin əsasını təşkil etdi. Hazırda kuklalar Londonda saxlanılır.


1985-ci ildə, ərinin ölümündən sonra Enn Budley Saltertona köçdü və orada 9 aprel 1993-cü ildə qocalar evində vəfat etdi.