Təbiət

Vikunya

Vikunya və ya viqon (Lama vicugna) – Guanakoya, Apakaya, Lamaya bənzəyən, amma daha küçük və incə məməli heyvandır. Andlarda (Ekvadordan Boliviya və Çiliyə qədər ərazilərdə) 3200 və 5500 metr yüksəkliklərdə yaşayan ən kiçik hörgücsüz dəvə növüdür.


Vikunya çox qədimdən var olan heyvandır. İspanların Cənubi Amerikanı fəth etməsindən əvvəl, qədim dövrlərdə And dağlarının ətəklərində məskunlaşmış insanlar (inklər) bu kiçik, dəvəyə bənzəyən heyvanı “Müqəddəs” sayırdılar və onun “qızıl yunundan” kral paltarları üçün istifadə edirdilər.


Heyvanın boyu - 150 sm, çəki isə 50 kq-dır. Vikunya həmişə soyuq, güclü külək əsən, az oksigen, su və qida olduğu yüksək dağlıq bölgələrin sərt şərtlərində yaşayır. 


Vikunya dünyanın ən yaxşı təbii yun liflərinə sahibdir. Orta incəlik - 10-15 mikron, uzunluq  30-50 mm, aşağı liflər 6-8 mikron incəliyə malikdir. Vikunya yunu dünyanın ən bahalı xammalından biridir. Liflər zərif, plastik, ipək parıltıya malikdir və misilsiz bir xüsusiyyəti ilə seçilir, bitmiş materiallarda qətiyyən pillinq edilmir.


Vikunyaların xəzi çox incə və yumşaqdır, hətta keyfiyyətcə şinşilladan daha yaxşı və qiymətli sayılır. Məhz bu səbəbə görə insanlar 1960-cı illərin əvvəllərində demək olar ki, vikunyaları öldürməyə başladılar. 1965-ci ildə, yalnız 5000 canlı fərd qeydə alınmışdır. Peru hökumətinin müdaxilə etməsi və ehtiyatlar yaratmasını istəməsi, geniş ərazilərdə heyvanların yetişdirilməsinin yeni üsullarının inkişafına kömək etdi, əlavə olaraq vikunya dərisinin satışı qadağan edildi. Hazırda bu heyvanlar Peru hökuməti tərəfindən qəti şəkildə qorunur. Peru və Boliviya, daha sonra Çili və Argentina vikunyaları qorumaq üçün müqavilələr imzaladılar və çoxaltmaq üçün geniş sahələr ayırdılar. 1995-ci ildə onlardan artıq 98 min fərd qeydə alındı. Yunun heyvandan qırxılması şərtilə satılması yenidən qanuni hala gəldi. Bu gün təxminən 200.000 vikunya parçası var. Bu növ hələ də qorunur, yox olmaq təhlükəsi ilə üzləşməsə də, yalnız heyvanların qırxılmasına icazə verilir.


Heyvanın ovlanması və ticarəti qadağandır. 


Heyvanın adı Beynəlxalq Qırmızı kitabın siyahısına düşmüşdür.


Vikunya çox şıltaq bir xarakterə sahibdir, buna görə qədim insanlar heç vaxt bu məməlini əhilləşdirə bilməmişlər. Dişi vikunya hər il bala dünyaya gətirir. Gənc heyvanlar bir yaşına qədər anasının yanında yaşayırlar.


Peru və Argentinada Vikunyanın xəzindən hazırlanmış məhsullar ən yüksək rütbəli şəxslərə layiq bir hədiyyə olaraq təqdim edilir. Beləliklə, 30 noyabr 2009-cu ildə Peru Prezidenti Alan Garcia, xüsusi bir auditoriyada Papa XVI Benediktə vikunya xəzindən yun paltar hədiyyə etdi.


Peru dövlətinin milli gerbində, mavi bir fonda vikunya təsvir olunmuşdur.