Nağıllar, hekayələr

Valentina Oseyeva. Qoca qarı

Bir oğlan və bir qız dərsə gedirdilər. Qabaqda qoca bir qarı küçəni keçirdi. Qarı sürüşüb yıxıldı. Oğlan tez çantasını qıza verib, qarını qaldırdı.


Qız ondan soruşdu:

 

- O sənin nənəndir?

 

- Xeyr.

 

- Tanışındır?

 

- Xeyr.

 

- Bəs nəyindir?

 

- Qoca qarıdır. Qocalara hörmət etmək bizim borcumuzdur.