Şeirlər

Rafiq Yusifoğlu. Ulu öndər

Heykəlinə baxıram,
Rəhbər xəyala dalıb.

Çiçəklənən ölkəmiz

Ondan yadigar qalıb.

 


Səsini dinləyəndə

Güc gəlib qolumuza.

Zəkası günəş kimi

Nur səpib yolumuza.

 


Doğma Azərbaycanı

Gülüstana döndərib.

Hamımızın qəlbində

Heykəli var öndərin.