Şeirlər

F.Sahib. Hamının nənəsi

Nənəmi sən də
Gəl yaxşı tanı.

Mənim nənəmtək

Bir nənə hanı?

Sevir böyüklər,

Uşaqlar onu.

Sevir dəcəllər,

Qoçaqlar onu.

Əgər çağırsan,

- Ay can! – söyləyib

Dinəsidir o.

Təkcə mənim yox,

Elə hamının

Nənəsidir o.