Şeirlər
İbrahim Yusifoğlu. Düş gəl yerə güləşək
Həsənəli Eyvazlı. Ləçəklər və damcılar
İlyas Tapdıq. Gün gülsə
Aləmzər Əlizadə. Quzumun qotazı
Quzumuzun boynunda,
Ağ qotazı qoşadı.
Elə zərif, qəşəngdir,
Ağ muncuğa oxşadı.
Bərk bitişib boynuna,
Əl ilə yoxlanmır o.
Bacımın muncuğu tək,
Açılıb-bağlanmır o.