Təbiət

Meksikada daş şəlalə "Hierve el Agua"

Meksikanın Oaxaka şəhərindən 70 kilometr aralıda, Meksikanın ən heyrətamiz və təbii cazibələrindən biri olan daş şəlalə “Yerve el Aqva” (Hierve el Agua) yerləşir.

 

Uzaqdan Yerve el Aqvanın mənzərəsinə baxdıqda, sanki dağın zirvəsindən fırtınalı su axını görə bilərsiniz, amma bu şəlalənin digərlərindən fərqi var. Yerve el Aqva şəlaləsindən su axmır. İzlədiyiniz mənzərə isə min illərdir kars qayalardan axan sularda mineralların yığılması nəticəsində əmələ gələn təbii bir möcüzədir.

 

Daim torpağın dərinliyindən çıxan, duz və minerallarla zəngin olan isti yeraltı sular, kiçik su hövzələrinin kənarındakı yamacdan aşağı axaraq stalaktitlər əmələ gətirir ki, bu da uzaqdan şəlaləyə çox bənzəyir. Buna görə də Yerve el Aqva -ya “donmuş şəlalə” də deyirlər.

 

İspan dilindən tərcümədə Yerve el Aqva "qaynayan su" deməkdir. Bu ad, uzun müddət əvvəl dağın başındakı qaynayan təbii bulaqlara görə verilmişdir. Qaynar sular burada müalicəvi xüsusiyyətləri ilə turistləri cəlb edən hovuzlar yaratmışdır. Suda olan bol həll olunan minerallar (əsasən kalsium karbonat) müalicəvi təsir göstərir. Buna görə də, uçurumun başındakı təbii hovuzlara girmək hər bir səyyahın arzusudur. Yuxarıda iki su anbarı var. Hər ikisində də müalicəvi duşlar qəbul edilir.

 

Qədimdən bu yerlərdə yaşayan Meksikalı hindlilər üçün şəlalə müqəddəs yer və bölgədəki yeganə su mənbəyi idi.

 

Hazırda Yerve el Aqva daş şəlaləsi, müasir Meksikanın ən məşhur təbii yerlərindən biridir.

 

Yerve el Aqva 50 metr yüksəklikdə və 80 metr enindədir.