Bu maraqlıdır!

Adəm körpüsü

Adəm körpüsü (Ramasetu) kimi tanınan bu maraqlı geoloji quruluş, Hind okeanında, Şri Lankanı Hindistandan ayıran Palk Boğazında yerləşir. Adəm körpüsü - Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adalarından və şelflərdən ibarət olan ensiz xəttdir. Körpü, Hindistanın cənub hissəsini Şri Lankanın şimal -qərb hissəsi ilə Palk Boğazı vasitəsilə "birləşdirir".

 

Hind okeanı dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər adacıqlar və şelflər (gəmiçiliyə maneə törədən dayaz yer) əmələ gətirir. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var. Hal-hazırda, Adəm Körpüsündə 103 ada və şelf qeydə alınıb.

 

Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonlarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır.

 

Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar. Ramayana eposuna görə körpü imperator Ramanın əmri ilə inşa edilmişdir. Əfsanəyə görə tikinti işləri Vişvakarmanın oğlu Nalının rəhbərliyi altında, üstəlik vanara ordusunun dəstəyi ilə inşa edilmişdir. Bu körpü ilə Ramanın ordusu Şri-Lankada yerləşən iblis Ravannın ordusu ilə vuruşmaq məqsədi ilə hərəkət etmişdir. Səbəb isə Ramanın sevgilisi Situnun oğurlanması olur.

 

Müsəlmanların əfsanəsinə görə Adəm (əleyhissalam) Cənnətdən qovularkən Şri-Lankada yerləşən Adəm dağına atılır. Əfsanəyə görə Həvva isə bu zaman Ciddə ətrafı ərazilərdə olur. Adəm (əleyhissalam) onun yanına getmək məqsədi ilə bu quru yoldan, keçiddən istifadə etmişdir.

 

Kosmosdan belə aydın görünür ki, bu dar quru xətt qədim zamanlarda əslində Şri Lankanı qitə ilə birləşdirirdi. Təsdiq olaraq, XV-ci əsrə qədər Hindistandan Şri Lankaya quru yolu ilə getməyin mümkün olduğunu söyləyən yerli məbədlərdən olan qeydlərə istinad edilir. Ancaq 1480-ci ildə ən güclü fırtına və siklonlar zamanı quru yol məhv edildi. XV-ci əsrin naviqasiya xəritələrində isə Adəm körpüsü quru torpaq kimi göstərilir.

 

XIX-cu əsrdə geoloqlar Adəm körpüsünün meydana gəlməsinə dair iki əsas nəzəriyyə irəli sürdülər:  Birincisi, bu ərazidə torpaqların su altından yüksəlməsi zamanı yarandığını güman edir. İkincisinə görə isə, Şri Lankanın materikin bir hissəsi olan Hindistandan ayrılması nəticəsində əmələ gəldiyinə inanılır.

 

Hal-hazırda Hindistan hökuməti Hindistan və Şri-Lanka arasında boğazın dərinləşdirilməsi üçün bir layihə hazırlamışlar. Bu ada ətrafına 30 saatlıq naviqasiya (təxminən 400 km) qənaət edəcək.

 

Layihənin müəllifləri isə Ramasetin ölkənin tarixi irsi kimi qorunmalı olduğunu bəhanə edərək buna qarşı çıxırlar.

 

Maraqlı Faktlar:

 

- Adəm körpüsünün şelflərinin birində Hindistanla Şri Lanka arasındakı sərhəd yerləşir. Bu sərhəd dünyanın ən qısa quru sərhədlərindən biridir.

 

- İndiyə qədər elm adamları Adəm körpüsünün insan əli ilə və ya təbii əmələ gəlməsi mövzusunda mübahisə edirlər.

 

- Deyilənə görə, indi də Adəm körpüsü boyunca Şri Lankadan Hindistana getmək mümkündür.