Şeirlər

Sevinc Nuruqızı. Qoçaq ol

Gördün qonşu eyvandan

Burulub qalxır tüstü.

Yanğınsöndürənlərə

Qaç, zəng elə əlüstü.

 

 

Təcili yardım çağır

Xəstələnəndə nənə.

Onu əmanət edib

Gedibsə anan sənə.

 

 

Görsən, qonşu həyətdən

Aşıb keçən oğrunu.

Polisə zəng elə tez

Söylə ona doğrunu.

 

 

Yüz bir, yüz iki, yüz üç

Əzbər bil bu sayları.

Onların sənin üçün

Vardır xidmət payları.