Görkəmli şəxsiyyətlər

Filosof, yazıçı, bəstəkar Jan Jak Russo

Jan Jak Russo - filosof, yazıçı, pedaqoq, musiqişünas, Fransız sentimentalizminin görkəmli xadimidir. Əslən fransız olsa da, 28 iyun 1712 -ci ildə İsveçrənin Cenevrə şəhərində anadan olmuşdur. XVIII əsr Fransada "Maarifçilik" hərəkatının ən görkəmli nümayəndəsi, Ensiklopediyanın yaradıcılarından biri olub. 1789-1794 cü ildə Fransa Burjua inqilabı zamanı onun əsərləri Yakobinlərin əsas ideya dayağı olmuşdur.


Jan Jak Russo coxlu sayda mahnıları, konsertlərı, sonataları və digər instrumental kompozisiyaları ilə dünya şöhrəti qazanmışdır. 1752-ci ildə yazdığı "Kənd cadugarı" (Le Devin du village) adlı operası (intermediya) xüsusi şöhrət qazandı. Onun üçün kral Lüdovik XV, Fontenbloda səhnələşdirdikdən sonra Russoya ömürlük təqaüd təklif etdi, lakin Russo qürurla imtina etmişdir. 


Jan Jak Russo - 1712-ci il iyunun 28-də Cenevrə şəhərində anadan olmuşdur. Russo anadan olduqdan 2-3 gün sonra anası vəfat etmişdir. Russonun 10 yaşı olanda atası onu əmisi Bernarın himayəsinə vermişdir. Russo Kilsə təhsili almışdır. Sınaq müddətindən sonra oymaçı ustası yanında şagird kimi fəaliyyət göstərmiş və bu sənətə yiyələnmişdir. 1728-ci ildə ustanın yanından qaçmış və yeni tanış olduğu xanım Varansın himayəsi altında Turin seminariyasına qəbul olunmuşdur. Lakin bir müddət sonra Russo buradan da qaçır və xanım Veresilisin evində xidmətçi kimi işləyir. Sahibin ölümündən sonra başqa evdə xidmətçi kimi işləməyə başlayır. Xidmətçi həyatını xoşlamayan Russo yenidən xanım Varansın yanına qayıdır. Xanım Varans onu dini təhsil almaq üçün seminariyaya qəbul etdirir.


Russonun musiqiyə olan həvəsi onun bu seminariyadan da qovulması ilə nəticələnir. Kilsə orqanisti onu şagird kimi yanına götürsə də bir ildən sonra Russo oradan aralanır. Bundan sonra adını dəyişir və fransız musiqiçisi kimi səyahətə başlayır. Lozannada öz kompozisiyalarından ibarət konsert təşkil etsə də bu rişxəndlə qarşılanır. Daha sonra Nevşateledə yaşamağa və bir neçə şagirdə dərs deməyə başlayır. Beləliklə, Russo gəncliyində oymaçı, tərbiyəçi, musiqi müəllimi, katib, teatr yazıçısı və bəstəkar kimi fəaliyyət göstərir.


1742-ci ildə Parisə qayıdır və "mühacirətdə" olduğu müddətdə yazdığı dram əsərlərini və şerlərini nümayiş etdirmək niyyətinə düşür. O, həmçinin yeni not sistemini kəşf etdiyini elan edir,lakin bu heç kimi maraqlandırmadı, pyeslərini isə heç bir teatr nümayiş etdirmək istəmədi.


1743-cü ildə Russo Fransanın Venesiyadakı səfirin katibi kimi fəaliyyət göstərir. Cəmi bir il fəaliyyət göstərən Russo Parisə qayıdır. Bu zamandan başlayaraq onda aristokratlara qarşı nifrət yaranır. 1744-ci ildə Parisə qayıdan Russo, bu şəhərdə var-dövlət sahibi olacağı ümidiylə musiqi sahəsində işləməyə başladı. Amma bəstələdiyi "Muses Galantes" (Şorgöz Sənət Pəriləri) adındakı operası, ona xəyal qırıqlığından başqa bir şey qazandırmadı. Bu dövrdə qaldığı oteldə paltaryuyan işləyən Tereza Le Vasser ilə tanış olub onunla yaşamağa başladı. Vasserlə — heç vaxt aşiq olmadığını etiraf etdiyi, oxumaq və yazmaq bilməyən bu qadınla münasibətini 30 il davam etdirdi. Bu münasibətdən 5 uşaq dünyaya gəlsə də, uşaqların hamısı Yetim Uşaq Evine göndərildi. Russo bu hərəkətinə görə peşmanlıq çəkdiyini, amma yenə də haqqlı səbəbləri olduğunu belə dilə gətirirdi: "Özüm yetişdirə bilmədiyim üçün uşaqlarımı dövlət təhsilinə buraxaraq, onları xəyalpərəst, var-dövlət ovçusu olmaq yerinə işçi və kəndli olmağa yönəltməklə, bir vətəndaş, bir ata kimi davrandığımı düşündüm və özümə Platon Cumhuriyyətinin bir üzvü olaraq baxdım. O gündən bu yana, dəfələrlə peşmanlığım mənə yanıldığımı göstərdi. Hər şeyi düşündükdən sonra, uşaqlarım üçün ən yaxşı olanını, ya da elə olacağını fikirləşdiyim şeyi seçdim. Mən də onlar kimi yetişdirilib baxılmağı istəyərdim yenə də istəyirəm. 1750-ci ilə Dijon akademiyası Russonu "Elm və mədəniyyət haqqında mühakimələr" (Discours sur les arts et les sciences) əsərinə görə təltif edir. Bu əsərində Russo bir neçə radikal fikirlə çıxış etmişdir.


Russo Ensiklopediyada əməkdaşlıq edir, "Musiqi" bölməsində məqalələrin müəllifi olur. 1743-1744-cü illərdə Fransanın Venesiyadakı səfirliyinin katibi vəzifəsində çalışır. 


Öz prinsipləri əsasında yaşamağı üstün tutan Russo ona təklif edilən vəzifələrdən və əksər bahalı hədiyyələrdən imtina edir. 


1762 -ci ildə Russo, "Sosial Müqavilə" siyasi traktatının və dini və mədəni formaları rədd edən "Emil və ya Təhsil haqqında" romanının nəşri ilə əlaqədar həbs olunmaqdan çəkinərək Fransanı tərk edir.

Russo 1770 -ci ildə Parisə qayıdır.


Russo ictimai müqavilə nəzəriyyəsini parlaq şəkildə populyarlaşdırmış və eyni zamanda ona bir sıra xüsusi cizgilər əlavə etmişdir. Russo bütün insanların bərabərliyini tanımayan və insanı anadangəlmə xudbin və qüsurlu varlıq hesab edən Aristotel və Hobbsu kəskin tənqid edirdi. Russo bildirirdi ki,:"Insan azad doğulur, lakin hər yerdə zəncirlənmişdir. Bu vəziyyətin səbəbi ədalətsiz ictimai quruluşda, konkret olaraq isə feodal qaydalarında və insanları bir-birinə düşmən etmiş xüsusi mülkiyyətdədir. Cəmiyyətdə mövcud ziddiyyətləri aradan qaldırmaq üçün insanlar arasında tarixəqədərki harmonik münasibətlərə qayıtmaq lazımdır."


Russo hesab edirdi ki, insanlar öz mülkiyyət və azadlıqlarını müdafiə etmək üçün ictimai müqavilə bağlayırlar. İctimai müqavilənin bağlanması nəticəsində vahid ictimai və mənəvi orqanizm — Dövlət meydana gəlir. Russoya görə, Suveren — xalqdır, onun iradəsi mütləqdir və dəyişikliyə məruz qala bilməz. Russo insanın fərdi təbiətindən başlayaraq sonda ictimai, kollektiv başlanğıcın insan hüquqlarından üstünlüyü ideyasına gəlib çıxır.


Beləliklə, Russonun nəzəriyyəsi bəşəriyyətin tarixində ən totalitar doktrinalardan birini təmsil edir.


Jan Jak Russonun ölümü, 2 iyul 1778-ci ildə, Şato d'Ermenonvilin iqamətgahında baş tutdu. 1777 -ci ildə Russo sağlamlığının pisləşdiyini görən filosofu filosofun dostu onu bura gətirdi. Qonağı əyləndirmək üçün dostu parkda yerləşən bir adada konsert təşkil etdi. Bura aşiq olan Jan Jak, burada onun üçün məzar düzəltməsini istədi. Dostu Russonun son istəyini yerinə yetirmək qərarına gəldi. İctimai xadimin rəsmi dəfn yeri İv adasıdır. Hər il yüzlərlə azarkeş parkı ziyarət edir. Fransız İnqilabı zamanı Jan-Jak Russonun qalıqları Panteona köçürüldü. Ancaq 20 il sonra pis bir hadisə baş verdi - iki cinayətkar gecə filosofun külünü oğurlayıb kireçlə dolu bir çuxura atdı.


Əsərlər arasında - məqalələr, şeirlər, komediyalar, romanlar, librettolar və operalar üçün musiqilər üstünlük təşkil edir: "Nərgiz", "Hərbi əsirlər", "Sənət və elm haqqında diskussiya", “Kənd Cadugarı” "Yulia və ya Yeni Eloiza " , "Emil ya Təhsil haqqında", "Sosial Müqavilə haqqında", "İtiraf", "Piqmalion", "Dialoqlar: Russo Jan Jakı mühakimə edir", "Bir Xəyalpərəstin Gəzintiləri".


İsveçrənin Ronа çayında  Jan Jak Russonun adını daşıyan ada var.