Bu maraqlıdır!

Enliyarpaqlı meşələr yayda

Yayda meşədə həyat qaynayır: ağaclara qonmuş quşlar səs-səsə verir, həşəratlar vızıldayır, xəzəl altında siçanlar ora-bura qaçır, bitkilər isə min rəngə boyanır. Ağacların qalın budaqlarının arasından günəş şüaları çətinliklə yol tapır. Buna baxmayaraq bir çox meşələrdə müxtəlif otlar yaxşı inkişaf edir, kollar boy atır. İtburnu, doqquzdon, fındıq, zoğal, turşənək və külli miqdarda gül-çiçəklər təbiəti bəzəyir. 



Tezaçan güllərin üstünlüyü çoxdur. Ağaclar hələ yarpaqlamadığından günəş işığı onlara asanlıqla çatır. Bundan başqa, meşənin boş olduğu vaxt həşəratlar erkən çiçəkləri tez tapır. 



Ağcaqayın ağacının yarpaqları küləkdə tərpənir və bir-birinə sürtünür. Yüngül küləkdə belə xışıltı yaranır, adət etmiş qulaq ağcaqayını dərhal səsindən tanıyır. 


Mülayim iqlim zolaqlarında meşələr adamlar tərəfindən salınır, çünki müəyyən dövrdən sonra onun məhsulu yığılır-ağac materialları əldə edilir. Belə meşələr daim yenilənir. Kəsilmiş ağacların yerinə cavanları əkilir, yaxud kökündən yeni pöhrələr qalxır. Bu üsul növbəli meşə əkini adlanır. 



Tikinti materialından və odundan başqa meşələr bizə çox şey verir. Ağac kömürü bəzi ağacların tədricən yandırılması nəticəsində əldə edilir. Qədim zamanlarda insanlar meşələrdən çox asılı idi. Burada yaşayan marallar, qabanlar onlara ət verirdi, müxtəlif yeməli göbələklər, meyvə və giləmeyvələr yaxşı qida idi. Bu gün bağçalarımızda əkdiyimiz qarağat, gilənar və bir çox başqa meyvə ağacları meşələrdən gətirilmişdir.


Meşə də torpağa tökülmüş yarpaqların, budaqların, göbələklərin, saplaqların və bitki gövdələrinin qarışığından ibarətdir. Onurğasız heyvanları, böcəklər, məryəmqurdu, soxulcanlar, ilbizlər, qurdlar, qarışqalar, qırxayaqlar, cırcıramalar təmsil edir. Onlar üzvi maddələrlə qidalanır, özləri də siçanları qidalandırırlar.



Ağacların və digər bitkilərin bir çoxu hər il yarpaqlarını tökür, onlara yarpaqlılar deyirlər. Əksər enliyarpaqlı ağaclar payızda yarpaqlarını tökür və qışda çılpaq qalırlar. Bu dövrdə onların inkişafı dayanır: həyatı proseslər-buxarlanma, fotosintez və başqa proseslər yaza qədər yuxuya qalır. 


Meşə ağaclarının çoxu uzun illər yaşayır. Palıd 400-500 il ömür sürür. Qarağacın ayrı-ayrı növləri, demək olar ki, ölməzdir, çünki onlar yan budaqların hesabına daim cavanlaşır. 



Qara şam-iynəyarpaqlıdır, qanadları iynə ilə doludur. Ancaq özünün qohumlarından fərqli olaraq qışda iynələrini enliyarpaqlı ağaclar kimi tökür.



Qışda bütün enliyarpaqlı ağaclar çılpaqlaşır, həşəratların səsi eşidilmir. Deməli, onlar ya ölüb, ya da yuxuya gediblər. Quşların da səsi eşidilmir. Çiçəklərin çoxu məhv olub. Bəziləri isə baharı gözləyir, onların toxumları torpağa düşərək gizlənib. Yatan meşə də ancaq pırkal, sarmaşıq və qaraçöhrə quşları və balaca vəhşi heyvanları qidalandırmaq üçün yaşlıdır.