Şeirlər

Tofiq Mahmud. Xoruzlar

Bu dalaşqan xoruzlar, 
Gözləri qan xoruzlar,
Biri-birinə sarı
Uzanıb boğazları.
Elə haray qoparıb,
Tükləri də qabarıb.
Elə qızğın olublar,
Sanki quzğun olublar.
Dayanıblar göz-gözə,
Tükləri nizə-nizə.
Qanadları-qara yel,
Dalğalı, yelkənli sel...
Xəncərdir dimdikləri,
Qan olur çimdikləri.
O qədər dalaşdılar, 
O qədər dolaşdılar,
Xoruzlardan küsdülər,
Başlarını kəsdilər.