Təbiət

Hind Muntjakı

Hindistan Muntjakı (Muntiacus), həmçinin Hürən Maral adlanan bu məməli heyvan – marallar fəsiləsinə aid, Cənub və Cənub-Şərqi Asiyada yayılmış heyvan cinsidir. Tropik və subtropik meşələrdə yaşayır.

Təhlükə altında olan növ olaraq IUCN Qırmızı Siyahısına daxil edilmişdir.


Muntjak həmçinin ən kiçik maral növlərindən biridir. Xəzi - yumşaq, qısa, qəhvəyi-boz rəngdədir, üzərində bəzən krem rəngində çalarlar var. Qida rasionunu – müxtəlif bitkilər, meyvələr, göbələklər, tumurcuqlar, quş yumurtası və xırda heyvanlar təşkil edir, bəzən ölmüş heyvanların cəsədini belə yeyir.


Təhlükə hiss etdikdə heyvanın çıxardığı səs – itin hürməsinə bənzəyir, məhz bu xüsusiyyətinə görə ona "hürən maral " adı verilmişdir. Erkək fərdin dişi fərddən fərqlənən xüsusiyyəti köpək dişlərinin olmasıdır. Haçalanmış, 15 sm uzunluğu olan qısa buynuzlara sahibdir.


Bədəninin uzunluğu 89-135 sm., ayaqları qısa və nazikdir. Quyruğunun uzunluğu 13-23 sm-dən çox deyil, çəkisi 15-35 sm arasında dəyişir.


Hindistan muntjakları tək və ya cüt yaşayır. Heç vaxt sürülərlə qruplaşmırlar. Həm də bu heyvanlar praktiki olaraq dəyişmədikləri yaşayış yerlərinə bağlıdırlar. Bunun səbəbi, sıx meşələrdə təhlükə vəziyyətində tez bir zamanda sığınmağa kömək edən yolları əvvəlcədən tapdalamalarıdır.


Orta ömrü təxminən 10 ildir.