Şeirlər

Ələmdar Quluzadə. Babam qocalıb..

Babam məni öyrədib,
Alışmışam zəhmətə,
Qırmızı almaları
Toplayıram səbətə.
Əriyin budağına,
Bircə-bircə minmişəm,
Armudu dərməyi də
Babamdan öyrənmişəm
Mən ənciri, heyvanı
Nərdivanla yığıram,
Gilasa, gilanara
Pişik kimi çıxıram.
Babam bu ildən mənə
Daha demir balaca.