Qoy ucalsın nəğməmiz
Söz: Fikrət Qoca
Musiqi: Ramiz Mirişli
I
Yaxın gəlin, uşaqlar,
Bayram şənliyimiz var.
Çalıb, rəqs eləyək biz,
Qoy ucalsın nəğməmiz! Hey!
Nəqərat:
Gəlin tutaq əl-ələ,
Dönək bir dəstə gülə!
II
Burda dost olsun hamı,
Şən keçirək bayramı.
Çalıb rəqs eləyək biz,
Qoy ucalsın nəğməmiz! Hey!
20.10.2021