Şeirlər

Oqtay Rza. Üçbucaq

Bu oğlanı tanıyın-
Olsa da, adı Qoçaq,
Həndəsədən yenə də
“3” qiymət aldı ancaq.

 

Dedim: - Payız gələndə
Sən göyə diqqətlə bax:
Durnalar da havada
Qura bilir üçbucaq.