Təbiət

Fantastik bitki Zəncəfil pətəyi

Zəncəfil pətəyi (Zingiber spectabile) - planetimizin ən qeyri-adi çiçəklərindən biridir. Bu möhtəşəm bitki arı pətəyinə bənzədiyinə görə bu cür adlandırılıb. Çiçəyə “Mikrofon”, “Arı pətəyi” də deyilir.


Bitkinin böyüməsi də heyrətamizdir, hündürlüyü 4,5 m-ə çata bilər. Kiçik yarpaqları olan şirəli və hündür gövdələri parlaq qırmızı, narıncı və sarı rəngli konus çiçəkləri ilə örtülüdür. Yarpaqları parlaq yaşıl rəngdədir.


Zəncəfil pətəyi Cənub-Şərqi Asiyanın tropik iqlimində geniş yayılmışdır. Bü cür əlverişli iqlim də çiçəkləməsi iyuldan noyabr ayına qədər 5 ay davam edir.

 

Qədim dövrlərdən bəri Zəncəfil pətəyi tibbi özəlliyinə görə yerli xalqlar tərəfindən geniş istifadə edilmişdir. Bitkinin gənc yarpaqları göz xəstəliklərinin müalicəsində geniş istifadə olunurdu. Bunun üçün yarpaqları xırda doğramaq, sonra səhər və axşam göz qapaqlarına sürtmək gərək idi. 


Bundan əlavə, çiçək yanıqların və xəsarətlərin müalicəsi üçün də məşhur idi. Qədim bir reseptə görə, zədələnmiş bədən üzvünə bu bitkinin yarpaq və gövdə qarışığını sürtüb bir müddət saxlamaq lazım idi. Bu sadə qarışığa bir də əzidilmiş çiçəklər əlavə edildikdə, qarışım bel ağrısını müalicə etmək üçün də istifadə edilmişdir. 


Müasir elmi tədqiqatlar göstərdi ki, bitkinin müxtəlif vegetativ hissələrinin tərkibində antibakterial komponentlər var ki, onların faydalı xüsusiyyətləri bir çox virus xəstəlikləri ilə mübarizədə kömək edə bilər.