Nağıllar, hekayələr

Ana-bala məhəbbəti

Bir şah ölkəsini gəzmək istəyir. Əmr edir ki, faytona dörd yaxşı at qoşsunlar.

 

Şah səyahətə başlayır. Onlar bir dağ çayından keçməli olurlar. Faytonçu nə qədər çalışırsa, atlar çayın ortasında dayanırlar. Çayı keçə bilmirlər.

 

Bu zaman bir araba çaya yaxınlaşır. Arabaya iki arıq at qoşulmuşdu. Arabaçı çayı asanlıqla keçir. Şahın adamları geri qayıdırlar.

 

Şah bu işə çox təəccüblənir. Arabaçını çağırtdırır və soruşur:

 

- Qoca, necə olur ki, mənim faytonum yüngül, atlarım da dünyanın hər tərəfindən gətirilmiş seçmə atlar ola-ola, çayı keçə bilmirlər, sənin arıq atların isə çayı asanlıqla keçirlər?

 

Qoca cavab verir:

 

- Şah sağ olsun, sizin atlarınız bir-birinə yaddır. Ona görə də bir-birinə kömək etmək istəmirlər. Mənim atlarım isə ana-baladırlar. Ona görə də bir-birinə kömək edirlər. Arabanı çaydan keçirən də elə bu doğmalıqdır.