Şeirlər

B. Bərdəli. Bizim məktəb

Bilirsiniz uşaqlar,
Bu gün nə iş görmüşük?
Məktəbin həyətinə
Hasar çəkib hörmüşük.
Sonra hasar boyunca
Tut ağacı əkmişik.
Ağacın gövdəsinə
Biz əhəng də çəkmişik.
Bağçanın bir yanında
Əkmişik zanbaq, süsən.
Bir yanında boy atıb,
Qızılgüllə, yasəmən...
Qulluq edəcəyik biz,
Daha gözəl olacaq
Bağçamız, məktəbimiz!