Şeirlər

Sevinc Nuruqızı. Məktəbim

Çox sevir məni

Əziz məktəbim.

Həyət-bacası

Təmiz məktəbim.

 

 

Hər gün gəlirəm

Əlimdə çantam.

Məktəbə məni

Gətirir atam.

 

 

Kitabları çox

Əzən deyiləm.

Dəhlizlərdə çox

Gəzən deyiləm.

 

 

Barmaqlarımla

Saymağım olur.

Çətinliklərdən

Doymağım olur.

 

 

Çox vaxt dərsimi

Əla bilirəm.

Çox vaxt şeiri

Əzbərləyirəm.

 

 

Bir az dəcələm,

Bir az dalaşqan.

Məktəbim məni

Çox sevir inan!