Şeirlər

Ələmdar Quluzadə. Siçan pişik oynayır

Xeyli taxıl topladı
Atam bu il zəmidən,
Siçanlar daşıyırdı.
Taxılı zirzəmidən.

 

Zirzəmiyə düşəndən
Neyləyibdirsə pişik,
Siçanların səsini
Hələ eşitməmişik.

 

 

 


Ya pişik siçanları
Tutub bir-bir danlayır,
Ya da pişik onlarla
Siçan-pişik oynayır.