Şeirlər

Ələmdar Quluzadə. Babamın beli

Diblərini belləyir
Bağçadakı gülün də,
Gah beli əlindədi,
Gah da əli belində.
Babam deyir ki, qorxma,
Əlini belə öyrət,
Bel pas atmasın deyə
Belini ələ öyrət.
Gah bellə işləyirəm,
Gah əlimdədir yabam.
Beli ağrıyan kimi
Belə söykənir babam.