Şeirlər

Vüqar Əhməd. Arzular

Mən soraqladım bəxt ulduzumu,
Mən arzuladım ümid arzumu,
Arzular ümman, arzular nə boldur!
Arzulu dünyam taleyə yoldur.

 

Arzular şirin… arzu röyadır…
Arzusuz günüm qəmli dünyadır.
Arzu… arzu həyatdır,
Arzu sabaha qoldur, qanaddır.

 

Nə çoxu, azı arzulayıram,
Minlərlə arzu arzulayıram!
Bizi yaşadan xoş arzulardır,
Ruhdan da salan boş arzulardır.

 

Arzular sonsuz, arzular boldur.
Yaşamam onsuz, taleyə yoldur.
Arzu… arzu həyatdır,
Arzu sabaha qoldur, qanaddır.