Şeirlər

Ələmdar Quluzadə. Şifahi imla

Kağız-qələmi verib
Arzu dedi Araza:
-Eşitdiyin cümləni
Qələmlə yaz kağıza.

Araz çiynini çəkdi:
-Axı bunlar nə lazım?
Qələm tuta bilmirəm,
Denən, şifahi yazım.
Özünə güldü özü,
Bayaqdan neçə sözü
Biri ağıza yazır.