Şeirlər

Teymur Elçin. De, görüm neyləmişəm?

Qaş qabağın yerlə gedir,
De görüm neyləmişəm.
Ürəyim gup-gup edir,
De, görüm, neyləmişəm!..
Bir günahım yoxdur, inan,
Varsa – de, olum qurban!
Dözmərəm bu hala mən,
Ölürəm az qala mən.

 


Bir mənə bax, naz eyləmə,
Qaş qabaq tökmə belə,
De görüm neyləmişəm,
Gəl mənə dağ çəkmə belə,
De, görüm, neyləmişəm!..

 

Kim nə deyib, söylə, görüm,
Səni yoldan eyləyib?
Kim sənə nə danışıb,
Məni xortdan eyləyib?
Hardadır o mərdiməzar?
Onu qoy tutsun azar!..
Kefimə, sən bu canı,
Doğrama, gəl, soğanı!..