Şeirlər

Ələmdar Quluzadə. Qəhrəmanın qəhrəmanlığı

Üç saatdan çox idi ki,
Çöl qoymadı çərkəz kişi.
Çəmənlikdə itirmişdi
Sözəbaxmaz üç çəpişi.

 

 

Çəpişləri axtaranda
Qorxmamışdı heç dumandan.
Çərkəz kişi ona görə
Razı idi Qəhrəmandan.

 

Qəhrəman da kişi kimi
Qəhrəmanlıq eləmişdi.
Çəpişləri tapmaq üçün
Keçi kimi mələmişdi.