Bu maraqlıdır!

La Diq adası, Hind okeanı

Hind Okeanında yerləşən La Diq adası (La Digue) - gözəl qayalıqları və çəhrayı çimərlikləri ilə seçilən gözəl və kiçik bir adadır.  Seyşel adalarının dördüncü ən böyük adası olan La Diq 10 kvadratmetr km ərazini əhatə edir. Praslin adasının şərqində yerləşir. Turistlər arasında bu sevimli ada kiçik tropik cənnət hesab edilir. Əhalisi 2000 nəfərdir. Ada 1742-ci ildə fransız səyyahı və kəşfiyyatçısı Lazare Piko tərəfindən kəşf edilib. İlk kolonistlər 1789-cu ildə adada məskunlaşıblar.

 

Əhalisi balıq tutmaq, kokos toplamaq və vanil istehsal etməklə çörək qazanır, lakin bu gün turizm ziyarəti adaya əsas gəlir gətirir. Adada bir neçə mehmanxana və qonaq evi var.

 

La Diq adasında dəniz səviyyəsindən 300 m yüksəklikdə yerləşən bir neçə dağ var – İql Nest ("Qartal Yuvası"), həmçinin Bel Vyu ("Gözəl Mənzərə"). Adanın çox hissəsini göllər, bataqlıqlar və meşələrlə dolu təbiət qoruğu əhatə edir.