Nağıllar, hekayələr

Qar qız və tülkü

Biri var idi, biri yox idi, bir baba ilə nəvə vardı. Onların nəvəsi-Qar qız vardı.
 
O, yayda rəfiqələri ilə meyvə yığmağa getmişdi. Meşədə gəzib giləmeyvə yığırlar. Ağacdan ağaca, koldan kola. Burada Qar qız rəfiqələrindən geridə qaldı.
 
Onlar səslənir, səslənir, lakin Qar qızdan bir səs çıxmır. Artıq qaranlıq çökdü, rəfiqələr evə getdilər.
 
Qar qız tək qaldığını görüncə, bir ağaca dırmaşıb, hönkür-hönkür ağlamağa və oxumağa başladı:
 
-Hey! Heyy! Qar qız! Hey! Heyy! Əzizim!
 
Bir nənənin, bir babanın 
nəvələri- Qar qız vardı;
 
Onu rəfiqələri aldadaraq meşəyə gətirdilər.
 
Aldadaraq-atıb getdilər.
 
Bir ayı gəlir və soruşur:
 
- Niyə ağlayırsan, Qar qız?
 
- Necə ağlamayım, ayı, axı necə? Mən babamın- nənəmin tək nəvəsi-Qar qızlarıyam. Mənim rəfiqələrim meşəyə aldadaraq gətirdilər, atıb getdilər.
 

- Gəl, düş aşağı, səni evə aparım.
 
- Yox, səndən qorxuram. Sən məni yeyəcəksən.
 
Ayı ondan uzaqlaşdı. O, yenə ağladı və oxudu.
 
- Hey! Heyy! Qar qız! Hey! Heyy! Əzizim!
 
- Canavar gəlir: Nə olub Qar qız, niyə ağlayırsan?
 
- Necə ağlamayım, ay canavar, mənim rəfiqələrim meşəyə aldadaraq gətirib, atıb getdilər.
 
- Düş, səni aparım evə.
 
- Yox! Sən məni yeyəcəksən.
 
Canavar getdi, Qar qız yenə ağlamağa və oxumağa başladı:
 
- Hey! Heyy! Qar qız! Hey!Heyy! Əzizim...
 

Tülkü gəlir.:- Niyə ağlayırsan, Qar qız?
 
- Axı necə ağlamayım, tülkü, necə axı? Mənim rəfiqələrim aldadaraq meşəyə gətirib, atıb getdilər.
 
- Düş, səni aparacağam.
 
Qar qız düşüb, tülkünün belinə oturdu, o isə qızla birlikdə qaçdı. Evə qaçıb quyruğu ilə qapını döyməyə başladı:
 
- Kimdir?
 
Tülkü cavab verir:
 
- Mən sizin nəvənizi, Qar qızınızı gətirmişəm!
 
- Ah  sən, tapdın, bizim əziz v dəyərli tülkü! Gəl bizə, gir bizim daxmamıza. Biz səmi harada yerləşdirək? Biz səni nə ilə doyuzduraq?
 
- Onlar tülküyə süd, yumurta, kəsmik gətirdilər, ona qulluq etdilər. Sonra isə sağollaşıb yol üçün ona toyuq verdilər.