Şeirlər

Alməmməd İsgəndərli. Yaşa, ey türk əsgəri!

Mən türkəm, türk ogluyam!
Şərəfli əsgərəm mən.
Yolunda şəhid olsam,
Başın sag olsun, vətən

 


Oxu tariximizi,
Sən oxu vərəq-vərəq.
Öyrənsin kecmişini
Hər oğul, hər qız gərək.


Tarixini bilməyən
Unudar keçmişini.
Yad olar xalqa, elə,
Düzgün qurmaz işini.

 

Gərək bizə dərs olsun
Babaların həyatı.
Oxusaq, çox şey deyər
Bizə dastan, bayatı.


Möhtəşəm turk dunyası
Şöhrətlidir hər yerdə.
Turk oglu-turk əsgəri
Qeyrətlidir hər yerdə.

 

“Vətən, Vətən” söyləyir
Bu yurdun hər bir kəsi.
Vətən ücün şəhid ol,
Dildə “VƏTƏN” kəlməsi.


Dil acanda körpənin
İlk sözü “Vətən” olsun!
Hər müsəlləh əsgərin
Son sozü “Vətən” olsun!


Biz türkük, türk oğluyuq,
Şərəfiyik Vətənin.
Şəhidliyi seçirik,
Ölüm olsun düşmənin!


“Başın sağ olsun vətən!”
Söyləyir hər bir ana.
Diz cokübən önundə
“Əhsən” deyirəm ona.


“Başın sağ olsun vətən!”
Söyləyir hər bir ata.
Vətənin məğrur başı
Əyilməsin qoy yada.


Şəhid ol, əməlinlə
Yaşa, ey türk əsgəri!
Şanınla, şərəfinlə
Heyran eylə bəşəri!