Şeirlər

Ələmdar Quluzadə. İki gündəlik alsın

Gündəliyi istəyir
Gülər müəllimə gündə.
Giley-güzar doludur
Mənim gündəliyimdə.

 

“Üç”ün yanında sual,
“İki”dən sonra məktub.
Gündəliyə baxanda 
Anamın hirsi tutub.

 

O, gündəlik istəyir,
Bu, gündəlik soruşur.
Başım axşama qədər
Gündəliyə qarışır.

 

 

 

Atama dedim, mənə
İki gündəlik alsın.
Bir daim anamda,
Biri məktəbdə qalsın.