Nağıllar, hekayələr

Küləyin istiqamətini təyin edən cihaz - Flüger

Flüger- küləyin istiqamətini təyin etmək üçün istifadə olunan meteoroloji cihazdır. Flüger, yalnız küləyin istiqamətini deyil, həm də sürətini tez müəyyən etmək üçün geniş istifadə olunur. Qədimdən kiçik evlərin damlarına quraşdırılırdı. Bu gün də Flügerlər bir sıra hallarda binaların hündür hissələrində memarlıq ornamenti olaraq istifadə olunur. Ən çox yayılmış flüger forması- xoruzdur. Fiqurun ölçüsü təxminən 40-70 sm-dir.

 

Flügerin işləmə prinsipi

 

Bu meteoroloji alətin işləməsi olduqca sadədir. Flügerin əsas məqsədi küləyin istiqamətini müəyyən etməkdir ki, bunun üçün dönmə oxun mövqeyinin dəyişməsini müşahidə etmək kifayətdir. Şimala yönələn flüger küləyin şimala doğru getdiyinin göstəricisidir.

 

Küləyin istiqamətini doğru və dəqiq təyin etsin deyə flügerin yerləşdiyi  yer, məkan çox vacibdir. Oxların etibarlı və düzgün işləməsini istəyiriksə, onları mümkün qədər yerdən yüksəkdə yerləşdirməliyik. Bu, aşağı hündürlükdə onun çoxsaylı maneələrlə qarşılaşa bilməsi ilə əlaqədardır. Məsələn, digər binaların hündürlüyü küləyin istiqamətinə mane ola və ya dəyişdirə bilər, bunun üçün flügerləri binalardan, ağaclardan və ya oxun istiqamətini dəyişdirə biləcək digər maneələrdən uzaqlaşdırmaq lazımdır.

 

Maraqlı faktlar və simvollar

 

Klassik xoruz fiqurlu flüger

 

Əvvəllər flügerin forması müəyyən bir məna daşıyırdı, buna görə də onu düzəltməzdən və quraşdırmadan əvvəl evin sahibi digər insanlara nə demək istədiyini diqqətlə düşünürdü. Beləliklə, xoruz həmişə yeni şəfəqin və fəaliyyətin simvolu hesab edilib.

 

Qanadlı təyyarə fiqurlu flüger

 

Küləyin təsiri altında fırlanan qanadlı təyyarə - azadlıq hissləri və səyahət etmək mənası daşıyır.

 

Pişik fiqurlu flüger

 

Müxtəlif ölkələrdə mənası fərqli şəkildə qəbul edilə bilən sirli bir simvoldur. Bəziləri üçün pişiklər hiyləgərliyi və tənbəlliyi simvollaşdırır, bəziləri üçün isə belə bir fiqurun yağış yağdırmaq üçün bir yol olduğu hesab edilir.

 

Tərəzi fiqurlu flüger

 

Bəzi ölkələrdə evlərin damlarında tərəzi şəklində flüger görmək olduqca yayqındır, bu da ev sahiblərinin çox ədalətli və dürüst insanlar olduğunun bir göstəricisidir.

 

Atlı fiqurlu flüger

 

Atlı fiqurlu flüger – sahibinin məqsədyönlü, riskli və güclü biri olduğunu göstərir.