Şeirlər

Ələmdar Quluzadə. Əmirin dəmir qələmi

Evdə şüşə toplayır,
Əli işə ilişib.
Əmir əməlli-başlı
Ticarətə girişib.

 

Neyləyir zibilliyin
Xarab şüşələrini.
O toplayır “Badamlı”,
“Sirab” şüşələrini.

 

Dəmir şüşə qələmi
Küsüb yatmaqla alıb.
Əmir dəmir qələmi
Şüşə satmaqla alıb.