Şeirlər

Ələmdar Quluzadə. Pəncərəni örtdürür

Onun canına yatır
İsti günəş də, yel də.
Pencəyini çıxarır
Babam bayırda, çöldə.

 

Elə deyir ki, getmə,
Sən də yanımda otur.
Birdən daşın üstündə
Babam yuxu tutur.

 

Bulud görsə, özünü
Tezcə evə çatdırır.
Pencəyini geyinib
Pəncərəni örtdürür.