Şeirlər

Ələmdar Quluzadə. Dalaşanlar, dolaşalar

Nə boya gül, nə yaşa,
Bax bu bacı-qardaşa.
Paşa ilə Tamaşa
Hər yerə gedir qoşa.
Budaqlara qonanda
Qarğa ilə dolaşa
Paşa yanıltmac demir,
Qorxur dili dolaşa.
Tamaşa ilə Paşa
Hey dalaşa-dalaşa
Gah əl atırlar daşa,
Gah daş atırlar quşa.
Ağıllı dolaşalar
Başlayıb ki, yarışa,
Tamaşa ilə Paşa
Dalaşmaya, barışa.