Təbiət

Lena çayı

Lena çayı — Rusiyanın, Şimal-Şərqi Sibirin ən böyük çayıdır və Laptevlər dənizinə tökülür. Uzunluğu 4400 km (dünyada 10-cu yer), hövzə sahəsi 2490 min kv.km-dir.

 

Lena dünyanın ən uzun çaylarından biridir, tamamilə əbədi don zonasında axır. Çay İrkutsk vilayəti və Saxa ərazisindən axır. Çaya daxil bəzi qollar Zabaykalsk diyarı, Krasnoyarsk diyarı, Xabarovsk diyarı, Buryatiya və Amur vilayəti ərazisindən keçir. Əsas qolları: Çaya, Vitim, Olekma, Aldan, Vilyuy, Kirenqa, Mamadır.

 

Lena bütünlüklə Rusiyanın ərazisində formalaşan ən iri çayıdır. Donması tərs istiqamətdə baş verir. Belə ki, birinci mənsəbi donur.

 

Lena çayının mənbəyi Baykal gölündən 10 kilometr aralıda, 1470 metr yüksəklikdə yerləşən kiçik bataqlıq hesab olunur.

 

Belə ehtimal vardır ki, Lena sözü Evenk dilində «Elyo-Ene» yəni «Böyük çay» anlamını verir. Əraziyə gələn ilk açılışcılardan olan Pyanda 1619-1623-ci illərdə bölgədə olarkən yerlilər tərəfindən çayın adını Elyoene olduğunu qeyd etmişdir. Sonradan isə Lena formasına düşərək ümumiləşmişdir.

 

Xüsusiyyətlərinə görə çay üç yerə blünür:

 

Mənbədən Vitim çayının mənsəbinə qədər;

 

Vitim çayının mənsəbindən Aldan çayına qədər;

 

Aldan çayının mənsəbindən Lenanın deltasına qədər (Laptevlər dənizi);

 

Yuxarı axın

 

Lenanın başlanğıcı elədə böyük olmayan və Baykaldan 7 km qərbdə, 1470 m yüksəklikdən götürür. Burada adsız, hündürlüyü 2023 metr olan dağdan (Baykal silsiləsi) başlanması deyilir. 19 avqust 1997-ci ildə mənbədə abidə ucaldılmışdır. Mənbədən Vitima çayına qədər axın sürəti yüksəkdir. Kirensk rayonunda sürət 1000 m/s təşkil edir.

 

Orta axın

 

Orta axın Vitima və Aldan çayları arasında, uzunluğu 1415 km olan məsafədə yerləşir. Bu hissə çayın ən gursulu hissəsidir. Burada çayın dərinliyi 10-12 metr təşkil edir. Burada çayın yatağının eni 20–30 km təşkil edir. Bəzi yerlərdə yatağın ortasında adalara rast gəlinir. Olekma çayının töküldüyü yerdən Aldan çayına qədər məsafədə Lena heç bir qol qəbul etmir. Prilensk platosu hissəsində çay 500 km ensiz və dərin yatağla axır. Sonradan çayın axını azalır. Yatağın eni 5–7 km, bəzi yerlərdə 15 km olur. Düzənlik boyunca isə yatağ 20 km genişlənir.

 

Aşağı axın hissədə Lena iki əsas çayı qəbul edir. Bu hissədə yatağın eni cəmi 10 km olur. Dərinlik 16-20 metr təşkil edir. Bu hissədə yaşayış məntəqələrinə nadir hallarda rast gəlinir. Üstəlik çayın kənarları bbitkisiz və sərt iqlimlidir.

 

Aşağı axın

 

Aşağı hissələrdə çayın yatağı daralır. Üstəlik dənizə 150 km qalmış çay delta əmələ gətirir. Yazın sonları və yayın əvvəllərində çayda toroslar əmələ gəlir.

 

Hidrologiya

 

Çayın dəqiq su sərfini müəyyənləşdirilməsində çətinliklər vardır. Əsas səbəb isə çayın geniş deltasıdır. Belə ki, onun deltasının sahəsi 60,000 km² ərazini əhatə edir.

 

Bəzi hesablamalara görə çayın orta aylıq sərfiyyatı 489 – 542 km³ təşkil edir. Mənsəbdə isə 15,500 km³ olur. Çayın əsas qidalanmasını qar və yağış suları təmin edir. Çayın axdığı hissədəçox illik buzların yer səthini əhatə etməsi yeraltı sulardan qidalanmanı mümkünsüz edir. İllik axının 91 % iyundan oktyabra qədər baş verir.

 

Orta axın sərfinin ən yüksək olduğu 1976—1994 illərdə onun ölçülməsi çayın deltasında «Stolb» stansiyasında baş verir.

 

Çayın rejimi

 

Lena Rusiyada yerləşən digər çaylardan buzlaşma rejimi, buzun qalınlığı və bərkliyi ilə seçilir. Buzlaşmaya təsir göstərən əsas səbəblər aydın hava, qarın olmaması və şaxtalı havadır. Buzlaşma mənbədən deyil mənsəbdən başlayır. Aprelin sonları Lenanın deltasında toroslar əmələ gəlir. Bu səbəbdən daşqınlar baş verir. Bu zaman suyun səviyəsi 6-8 metr qalxır. Düzənliklərdə isə hətta 18 metrə qədər qalxa bilir.

 

Qollar

 

Lenanın əsas qolları: Bolşoy Patom, Çaya, Vitim, Aldan, Kuta, Olenka, Molodo, Kirenqa, Biryok və Lunqxa. Bu qollar arasında Vitim, Olekma, Aldan və Vilyoy çayları ən iri qollarıdır.

 

Lena Yakutiyanın əsas nəqliyat yoludur. Gəmilər sərbəst şəkildə çayla irəliləyə bilirlər. Bununla belə artıq Osetrovo limanından mənbəyə doğru artıq iri gəmilər gedə bilmir. Üstəlik Lenanın bəzi hissələrində yatağın dayazlığını aradan qaldırmaq üçün hər il həmin ərazilər dərinləşdirilir. Naviqasiya cəmi 125 - 170 gün açıq olur.

 

Lenanın sahilləri zəif məskunlaşılmışdır. Bircə Yakutsk şəhəri yaxınlığı isə bu baxımından seçilir. Digər yerlərdə isə yaşayış məntəqələri arasında məsafə min kilometrlərlə aralı yerləşir. Əsasən kiçik kəndlərə və dayanacaq məntəqələrinə rast gəlinir. Lenanın sahilinə 6 iri şəhər vardır: Ust-Kut;

 

Kirensk — Lenanın ən qədim şəhərlərindən biri. 1630-ci ildə salınıb; Lensk; Olekminsk; Pokrovsk; Yakutsk — Lenada ən iri yaşayış məntəqəsidir. 1632-ci ildə salınıb. 303,000 əhaliyə malikdir. Üstəlik Rusiyanın şimal-şərqdə yerləşən ən iri şəhəridir. Tarixi yaşayış məntəqələri: Sottinsi — Lena tarix-arxeoloji muzey qoruq, Yakutsk şəhərinin salınma ərazisi. Jiqansk — 1632 ci ildə salınıb. 1783—1805 ci illərdə uezdin mərkəzi.