Görkəmli şəxsiyyətlər

Əziz Səncər

Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı Əziz Sancar 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib.

 

Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Sancarın ifadəsinə görə,Əziz Sancarın ana dili ərəbcədir və ailədə ərəbcə danışılırdı. Əziz Sancar,ərəb dilində valideynləri ilə danışıldığını,ancaq bacı-qardaşları arasında türk dilində danışdığını söyləyir. Sancar,hər reportajında ərəb kimi göstərilməsindən narahat olduğunu bildirir və türk olduğunu vurğulayır. Qardaşı Tahir Sancarın ifadəsinə görə,ailəsi Oğuz türklərinin Xas qolundan idi və Xorasandan Mardinə köç etmişdir.Əziz Sancar ilk və orta təhsilini Mardində almışdır. Orta məktəb illərində futbolla maraqlanırdı,amma məktəbi bitirənə yaxın futbolçu olmaqdan imtina edərək ali təhsilini davam etdirmək üçün İstanbula gedir.

 

1963-cü ildə daxil olduğu İstanbul Universiteti tibb fakültəsini 1969-cu ildə birinciliklə bitirdi.İki il Savurdakı sağlamlıq mərkəzində həkim olaraq çalışdıqdan sonra NATO-Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası təqaüdü xətti ilə Cons Hopkins Universitetində, daha sonra Dallasdakı Texas Universitetində təhsilini davam etdirdi. Sonra isə Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı üzrə doktorantura təhsili alır. Bu laboratoriyada Sancar məsləhətçisi Klaud Rupert ilə fotoliaz adlı geni klonlayaraq,gen mühəndisliyi ilə bakteriyalarda çox yüksək nisbətdə çoxaltmışdır. Bu gen tərəfindən şifrələnmiş ferment ultrabənövşəyi süalar tərəfindən zədələnmiş DNT-ni bərpa edirdi.

 

Sancar 1977-1982-ci illər arasında Yel Universitetinin tibb fakultəsində dərs deyir. Bu dövrdə fotoliaz fermenti işlərinə ara verildi və nükleotid parçalanma təmir işləri başlandı. DNT təmiri sahəsində dosentlik tezisini tamamladı. 1997-ci ildən bəri, ABŞ-ın Şimali Karolina ştatındakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika bölməsində araşdırmalarını davam etdirir.

 

DNT bərpa,hüceyrə sıralaması,xərçəngin müalicəsi və bioloji saatla əlaqədar işlərinə davam edən Sancar,415 elmi məqalə və 33 kitab nəşr etdirdi. Sancar,sirkad saatını xərçəngin müalicəsində istifadəsinə görə mükafatlar aldı. 2001-ci ildə Amerika Kimya Cəmiyyəti tərəfindən verilən Şimali Karolina Seçilmiş Kimyaçı mükafatına layiq görülən Sancar, 2005-ci ildə elmi dünyasının ən prestijli mərkəzlərindən biri olan ABŞ Milli Elmlər Akademiyasına seçildi və bu akademiyaya seçilən ilk Amerikalı türk oldu. Bu mükafatı aldıqdan sonra, ABŞ-da təhsil alan Türk tələbələrə kömək etmək və Türk-Amerika əlaqələrini inkişaf etdirmək üçün həyat yoldaşı ilə birlikdə Aziz & Qven Sancar Vəqfini quraraq, ABŞ-ın Şimali Karolina əyalətində "Karolina Türk Evi"ni yaradır. 2006-cı ildə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilir.

 

Sancar, 2015-ci ildə Kimya üzrə Nobel mükafatına Amerikalı Pol Modriç və İsveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə layiq görüldü. Bu üç tədqiqatçı 30 ildən çox bir müddərdə müstəqil olaraq,əsasən bakteriya hüceyrələri üzərində işləyirlər. Sancar nükleotid kəsikli təmir sahəsində ixtiralar etdi,Tomas Lindal və Pol Modriç isə kəsiklərin və uyğunsuzluqların düzəldilməsi kimi digər DNT təmiri mexanizmlərini kəşf etdilər. Onların işıqlandırdıqları əsas mexanizmlər daha sonra insanlar da daxil olmaqla kompleks orqanizmlərdə nümayiş olundu. Məsələn, nükleotid kəsikli təmir qüsurları ilə dəri xərçəngləri arasında birbaşa səbəb əlaqəsi aşkar edilmişdir. Sancar,İsveç Kral Elmlər Akademiyası tərəfindən Alfred Nobelin ölüm ildönümündə 10 dekabr tarixində təşkil edilən bir mərasimdə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.Mükafat, İsveç Kralı XVI Karl Qustav tərəfindən təqdim edilmişdir. Sancar: "Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Beləliklə, bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir muzeyidir." deyərək Nobel mükafatı,medal və sertifikatı Anıtqəbirə bağışlayır. Mükafat, Anıtqəbirdə ayrılmış xüsusi yerdə Atatürk və Qurtuluş müharibəsi muzeyində nümayiş olunur.

 

Sancar etdiyi açıqlamaların birində 5 TL-dən yuxarı olan DNT metodunun səhv olduğunu və bunu Mərkəzi banka çatdırdığını,ancaq xəbərdarlıqlarına baxmayaraq düzəlmədiyini söylədi.


Əziz Sancarın adı Türkiyə Təhsil Nazirliyi tərəfindən İstanbulda 2018-ci ildə məktəb layihəsi olaraq açılan Əziz Sancar Anadolu liseyinə verildi.

 

2019-cu ildə Əziz Sancar,Əhməd Davudoğlunun xahişi ilə qatıldığı və 4 il rəhbərlik etdiyi İstanbul Şəhər Universitetinin Mütəvəlli heyyəti üzvlüyündən istefa etdiyini açıqladı.

 

Sancar, Dallasda eyni zamanda molekulyar biologiya sahəsində təhsili aldığı doktorluq müddətində tanış olduğu Qven Bouls Sancar ilə evlidir. Onlar 1978-ci ildə evləndilər. Nobel mükafatına layiq görüldükdən dərhal sonra sosial şəbəkələrdə etnik mənsubiyyəti soruşuldu. Sancar, "aldığı bəzi suallardan, xüsusən də etnik mənşəyinə dair suallardan narahat olduğunu" söylədi.

 

BBC-nin "türk və ya yarı ərəb" olub-olmadığı barədə soruşduqda, Əziz Sancar belə cavab verdi: "Mən onlara nə ərəbcə, nə də kürdcə danışmadığımı və türk olduğumu söylədim." "Mən türkəm, budur."Əziz Sancarın qardaşı Tahir bir müsahibəsində ailələrinin bir zamanlar Orta Asiyadan köçmüş Oğuz türklərindən olduqlarını bildirdi. Qardaşının Nobel mükafatının kürdlər də daxil olmaqla bütün Türkiyə üçün bir qürur olduğunu söylədi. Bir müsahibədə Sancar gəncliyində millətçi olduğunu, ancaq fəaliyyətlərə qatılmadığını bildirdi:

 

2017-ci ildə Azərbaycanda qonaq olan Əziz Sancar tələbələrlə görüç keçirib. "Türk dünyasını birliyini görmək istəyirəm. Bu uşaqlığımdan bəri mənim arzum olub" fikirlərini səsləndirən Əziz Sancar 2020-ci il,noyabr ayında Azərbaycan Vətən müharibəsini yaxından izləyir. Ermənilərin Gəncəyə atdığı raket nəticəsində hər iki valideyinini itirən körpə Xədicəyə yardım edir. Onun gələcəkdə təhsili üçün bank hesabına böyük miqdarda pul köçürür.